BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni mənzillərə qeydiyyatla bağlı YENİLİK

Yeni tikilən binalarda mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı proseduru elektronlaşdırılacaq.


Pravda.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020–2021-ci illərdə  istismarına icazə verilməmiş çoxmənzilli binalarda mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı mexanizminin təkmilləşdirilməsi və fəaliyyətinin təmin edilməsi, belə mənzillərə dair hüquqların internet informasiya resursu vasitəsilə real vaxt rejimində yoxlanılması üçün müvafiq şərait yaradılmasını təmin etməlidir. Bunun üçün vahid informasiya bazası və yeni mexanizmin fəaliyyəti təmin ediləcək.

Tarix: 27 Fevral 2020, 19:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin