BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gün İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçiriləcək

Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

 

Pravda.az xəbər verir ki, görüş Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq.

 

Görüşdə Qarabağ da daxil olmaqla, bir sıra məsələnin müzakirə olunacağı gözlənilir.

 

Xatırladaq ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında sonuncu təkbətək görüş ötən il dekabrın 15-də Brüsseldə keçirilib.

Tarix: 6 Aprel 2022, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin