BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda siyasi partiyalar hardan maliyyələşir? - TAM SİYAHI

Açıqlanan məlumata görə bu günə kimi Azərbaycanda 66 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib.

 

Pravda.az xəbər verir ki, ötən ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib:

 

- Azərbaycan Demokratik Sahibkarlar Partiyası

- Milli Qurtuluş Partiyası

- Azərbaycan Xalq Demokratik Partiyası

- Azərbaycan Milli Hərəkat Partiyası

- Azərbaycan Kəndli Partiyası

- Azərbaycan Yurddaş Partiyası

 

Bunlardan başqa bugünə kimi 2 siyasi partiyanın - Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.

 

Mərkəzi Seçki Komissiyasından açıqlanan məlumata görə hazırda dövlət qeydiyyatından keçən 58 siyası partiyadan 41-i ötən il üçün maliyyə hesabatı verib. 17 partiya maliyyə hesabatını təqdim etməyib.

 

Maliyyə hesabatı təqdim edən 41 partiyadan 25-nin heç bir maliyyə göstəricisi olmayıb. Onlar MSK-ya boş hesabat təqdim ediblər.

 

Maliyyə göstəricisi olan 18 siyasi partiyadan 9-u Milli Məclisdə təmsil olunduqları üçün onlara dövlət büdcəsindən maliyyə ayrılıb.

 

18 siyasi partiya arasında yalnız 5-nin - Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Yeni Azərbaycan Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Böyük Qurtuluş Partiyasının üzvlük haqqı topladığı bildirilir.

 

Ən çox üzvlük haqqını Yeni Azərbaycan Partiyası toplayıb -11  milyon 26 min 276 manat.

 

s/s Siyasi
Partiyalar
Qeydiyyat tarixi Gəlir
(manat)
Xərc
(manat)
Yığılan üzvlük haqqı (manat)
1. Azərbaycan Milli İstiqlal Partiyası 17.07.1992 2 380 2 515,29 2380
2. Azərbaycan Dirçəliş və Təqrəqqi Partiyası 24.07.1992 - - -
3. Azərbaycan Xalq Demokratik Partiyası 11.08.1992 x x x
4. "Ana Vətən" Partiyası 11.08.1992 206 283,99 203 960,19 0
5. Milli Demokrat İdrak Partiyası 11.08.1992 0 0 0
6. Azərbaycan Kəndli Partiyası 23.09.1992 x x x
7. Vətəndaş Həmrəyliyi Partiyası 03.11.1992 256 014,76 276 561,82 0
8. Müsavat Partiyası 08.12.1992 5 100 5 085 4 300
9. "Birlik" Partiyası 18.12.1992 0 0 0
10. Yeni Azərbaycan Partiyası 18.12.1992 13 156300 10 649 516 11 026 276
11. Vahid Azərbaycan Milli Birlik Partiyası 13.01.1993 - - -
12. Ağ Partiya 13.01.1993 - - -
13. Milli Həmrəylik Partiyası 10.02.1993 0 0 0
14. Müstəqil Azərbaycan Partiyası 10.02.1993 - - -
15. Milli Qurtuluş Partiyası 03.03.1993 x x x
16. Azərbaycan Yurddaş Partiyası 12.03.1993 x x x
17. Azərbaycan Ümid Partiyası 05.05.1993 0 206,23 0
18. “Qorqud” Partiyası 10.11.1993 0 0 0
19. Azərbaycan Milli Hərəkat Partiyası 02.03.1994 x x x
20. Azərbaycan Kommunist Partiyası 02.03.1994 0 0 0
21. Azərbaycan Milli Dövlətçilik Partiyası 12.10.1994 - - -
22. Azərbaycan Vətənpərvərlər Partiyası 12.10.1994 - - -
23. Azərbaycan Demokratik Sahibkarlar Partiyası 17.05.1994 x x x
24. Azərbaycan Naminə Alyans Partiyası 22.06.1995 0 0 0
25. Azərbaycan Demokratik Maarifçilik Partiyası 04.08.1995 206 358,65 202 745,35 75
26. Azərbaycan Sosial Rifah Partiyası 04.08.1995 - - -
27. Azərbaycan Liberal Partiyası 14.08.1995 0 0 0
28. Azərbaycan Sosial Demokrat Partiyası 01.09.1995 0 0 0
29. Azərbaycan Xalq Cəbhəsi Partiyası 01.09.1995 - - -
30. Azərbaycan Vahid Kommunist Partiyası 19.09.1995 - - -
31. Sosial Ədalət Partiyası 11.12.1998 - - -
32. Milli Konqres Partiyası 11.12.1998 0 0 0
33. Vəhdət Partiyası 11.12.1998 - - -
34. Azərbaycan Respublikaçılar Partiyası 09.07.1999 0 0 0
35. Azərbaycan Xalq Partiyası 09.07.1999 0 0 0
36. Azərbaycan Liberal Demokrat Partiyası 09.07.1999 0 0 0
37. Azərbaycan Demokrat Partiyası 03.02.2000 0 0 0
38. “Azərbaycan Mübarizləri” Partiyası 27.05.2000 - - -
39. “Ədalət” Partiyası 08.05.2002 1 463,97 1 463,97 0
40. “Milli Vəhdət” Partiyası 08.05.2002 0 0 0
41. Müasir Müsavat Partiyası 08.05.2002 0 0 0
42. Azərbaycan Azad Respublikaçılar Partiyası 08.05.2002 0 0 0
43. Böyük Qurtuluş Partiyası 12.08.2005 206 398,65 195 809,93 115
44. Azadlıq Partiyası 12.08.2005 - - -
45. Azərbaycan Demokratik İslahatlar Partiyası 12.08.2005 206 283,65 209 587,95 0
46. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 12.08.2005 206 283,65 206 291,03  
47. Azərbaycan Tərəqqi Partiyası 12.08.2005 0 0 0
48. Böyük Azərbaycan Partiyası 12.08.2005 0 0 0
49. Azərbaycan Təkamül Partiyası 12.08.2005 0 0 0
50. Vətəndaş Birliyi Partiyası 12.08.2005 0 0 0
51. Klassik Xalq Cəbhəsi Partiyası 31.01.2007 0 0 0
52. Vətəndaş və İnkişaf Partiyası 10.08.2007 200 200 0
53. Azərbaycan Milli Demokrat Partiyası 24.12.2008 - - -
54. Aydınlar Partiyası 19.11.2009 0 420,73 0
55. Milli Dirçəliş Hərəkatı Partiyası 31.05.2011 0 0 0
56 Azad Demokratlar Partiyası 15.04.2020 - - -
57 Yeni Zaman Partiyası 15.04.2020 0 0 0
58 Müstəqil Xalq Partiyası 07.05.2020 0 590 0
59 Cümhuriyyət Xalq Partiyası 07.05.2020 0 0 0
60 Milli Cəbhə Partiyası 31.08.2020 206 283,65 204 482,23 0
61 Respublika Alternativ (REAL) Partiyası 31.08.2020 206 328,65 179 316,05 0
62 Gələcək Azərbaycan Partiyası 15.12.2020 0 0 0
63 Haqq Ədalət Partiyası 15.10.2021 - - -
64 Azərbaycan Yüksəliş Partiyası 15.10.2021 - - -


 

Onu da bildirək ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar illik maliyyə hesabatlarını növbəti ilin mart ayının 31-nə kimi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Hesabatların verilməsi üçün təyin olunan son tarixdən artıq 6 gün keçib.

 

Maliyyə hesabatı açıqlanmayan 17 siyasi partiyanın adlarını təqdim edirik:

1. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

2. Vahid Azərbaycan Milli Birlik Partiyası

3. Ağ Partiya

4. Müstəqil Azərbaycan Partiyası

5. Azərbaycan Milli Dövlətçilik Partiyası

6. Azərbaycan Vətənpərvərlər Partiyası

7. Azərbaycan Sosial Rifah Partiyası

8. Azərbaycan Xalq Cəbhəsi Partiyası

9. Azərbaycan Vahid Kommunist Partiyası

10. Sosial Ədalət Partiyası

11. Vəhdət Partiyası

12. "Azərbaycan Mübarizləri" Partiyası

13. Azadlıq Partiyası

14. Azərbaycan Milli Demokrat Partiyası

15. Azad Demokratlar Partiyası

16. Haqq Ədalət Partiyası

17. Azərbaycan Yüksəliş Partiyası

 

Onu da qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatından keçən ilk siyasi partiya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) hesab olunur. Bu partiya 17 iyul 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Bir həftə sonra - 24 iyul 1992-ci ildə  Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası qeydiyyatdan keçib.

 

Azərbaycanda qeydiyyatdan keçən sonuncu siyasi partiya Haqq Ədalət Partiyası və Azərbaycan Yüksəliş Partiyası olub. Bu partiyalar 15 oktyabr 2021-ci ildə dövlət qeydiyyatına alınıblar.

 

Yeniavaz.com

Tarix: 6 Aprel 2022, 23:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin