BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev Brüssel görüşündə Azərbaycanın istəklərini qəbul etdirə bildi

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Prezidenti İlham Əliyev və  Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən  görüşün ilkin nəticələri bəlli olub. Şarl Mişel 4 saatdan  artıq davam edən  üçtərəfli görüşün nəticələri barədə bəyanat verib. Bəyanat görüşün hansı ovqatda keçdiyi və hansı nəticələrin əldə edildiyi barədə ilkin təəssürat formalaşdırır.

 

Bəyanatda təsbit edildi ki, Ermənistanla Azərbaycan  arasında sülh müqaviləsi üzrə danışıqlar başladılsın. Artıq hər iki ölkənin Xarici İşlər Nazirliklərinə  bununla bağlı təlimat da  verilir. Bu Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və  danışıqların həmin 5 maddəlik prinsiplər üzərində aparılmasının isbatıdır. Sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

 

Bəyanatda Azərbaycanın təkliflər paketində əks olunmuş  digər tələblərə də yer verilib. Belə ki,   tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhəd delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunur. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaq. 

 

- Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək görməsi təsdiq olunur.

 

- Nəqliyyat kommunikasiya xətləri də təsdiq olunur, dəmir yolunun çəkilməsi və avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur.

 

- Sənəddə Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan MQ həmsədrlik institutina istinad yoxdur.

 

- Aİ-nin dəstəyi ilə Erm və Azə arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Aze-Erm münasibətlərinin normallaşdırılmasıdır.

 

- Aİ qərəzsiz tərəfdir. Hər iki tərəfin Aİ etimadı var. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir.

Tarix: 7 Aprel 2022, 09:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin