Reklam

“İlham Əliyevin Ərdoğanla Brüssel görüşünü müzakirə etməsi iki dövlət arasında formalaşmış əməkdaşlığın nəticəsidir” - RƏY

“Brüssel görüşü Azərbaycan dövlətinin tam qələbəsi ilə başa çatıb. Əlbəttə ki, Prezident İlham Əliyev bu görüşə üstün tərəf kimi yollanmışdı və Prezidentin nizamnamə üzrə irəli sürdüyü təkliflər tam qəbul edilib. Bu, şübhəsiz ki, Prezident İlham Əliyevin beynəlxalq nüfuzu sahəsində əldə edilmiş diplomatik uğur kimi qiymətləndirilməlidir. Görüşdən sonra cənab İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı və müzakirəsi isə iki dövlət arasında formalaşmış əməkdaşlığın nəticəsidir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, iki dövlət arasındakı münasibətləri həm dövlət liderlərinin şəxsi münasibəti, uzun illərə söykənən tarixi bağlılıq və ötən il imzalanmış Şuşa Bəyannaməsi müəyyən edir: “Bəyannaməyə əsasən, Azərbaycan və Türkiyə bütün qlobal və geosiyasi problemlər, eləcə də xarici siyasət məsələsində vahid mövqedən çıxış edəcəklər. İndiki halda iki qardaş dövlətin siyasəti tam uzlaşır. Yəni, Azərbaycanın problemləri Türkiyənin, qardaş ölkənin problemləri də bizimdir. Doğrudan da, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipindən çıxış edir. Nəzərə almaq lazımdır ki, Türkiyə 44 günlük Vətən müharibəsində də Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəməyib, bütün beynəlxalq müstəvilərdə Azərbaycanın mövqeyindən çıxış edib. Ona görə də regionda baş verən mühüm hadisələrlə bağlı hər iki dövlət başçısının məsləhətləşməsi normaldır və belə də olmalıdır. Bu, Azərbaycan və Türkiyənin milli maraqlarına uyğundur”.

 

Nəzrin Cavid

Tarix: 8 Aprel 2022, 12:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin