Reklam

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirdi

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı beşinci sanksiya paketini qəbul edib.

 

Pravda.az "ТАSS"a istinadən xəbər verir ki,  Aİ Rusiya gəmilərinin limanlara daxil olmasını qadağan edib.

 

Yayın sonunda qüvvəyə minəcək qərarda isə Rusiyadan kömür tədarükünə embarqo qoyulacağı razılaşdırılıb.

 

Bundan əlavə tibbi və qida məhsulları istisna olmaqla, Rusiya və Belarusa məxsus avtomobil nəqliyyatı operatorlarının Aİ ərazisindəki daşımalarına qadağa qoyulub. Digər qərarda dörd əsas Rusiya bankının əməliyyatları tamamilə qadağan edilib və aktivləri dondurulub. Bankların adları hələki açıqlanmayıb.

 

Leyla

Tarix: 8 Aprel 2022, 13:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin