Reklam

Türkiyə XİN-dən Brüssel görüşünə MÜNASİBƏT

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı Brüsseldə keçirilən görüşə münasibət bildirib.


Pravda.az xəbər verir ki, Türkiyə XİN bununla bağlı bəyanat yayıb.


Bəyanatda deyilir:


"Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün nəticəsi olaraq iki ölkənin xarici işlər nazirlərinə hazırlıq işlərinə başlamaq tapşırılıb. Aprelin sonuna kimi iki ölkə arasında sülh razılaşması və sərhəd komissiyasının yaradılması haqqında razılığın əldə olunmasından məmnununluq duyuruq. Türkiyə Cümhuriyyəti regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləyir və onlara fəal töhfə verir."

 

Leyla 

Tarix: 8 Aprel 2022, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin