Reklam

"Parlamentarilərin Şuşada toplanması həmin şəhərin Azərbaycan üçün önəmini təsdiq edir" - RƏY

"Bu gün parlamentin bir neçə komitəsinin üzvləri ilə birgə Şuşaya yollanaraq xüsusi iclas keçirdik. İntizam Komissiyasının sədri Eldar İbrahimov da iclasa qatılmışdı. Türkiyə, Gürcüstan və Azərbaycan arasında "Qafqaz qartalı" Xüsusi Təyinatlılarının təliminə dair xüsusi memorandumu plenar iclasa tövsiyə etdik. Hər şeydən əvvəl Şuşada belə iclasın təşkili, şəhərin bağışladığı təəssürat xüsusi idi. Qeyd edim ki, torpaqlarımız işğaldan azad edildikdən sonra ikinci dəfədir ki, Şuşaya səfər edirəm. Birinci dəfə oradan övladım üçün Şuşa torpağı gətirmişdim".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

 

Deputat qeyd edib ki, parlamentarilərin Şuşada toplanaraq belə əhəmiyyətli bir iclasın keçirməsi həmin şəhərin Azərbaycan üçün önəmini təsdiq edir: "Bu, Azərbaycan dövlətinin Şuşaya verdiyi dəyərin sübutudur. Bu gün həmin iclasın məhz iclas məhz Şuşada baş tutduğunu görə Azərbaycan Ordusuna, Ali Baş Komandan İlham Əliyevə və xalqımıza minnətdaram. Şuşanın azad olunması inanılmaz idi. Bugünkü iclas xoş duyğularla yadda qaldı. İclasda hər kəs öz fikirlərini bölüşdü. Vaxtilə işğaldan əvvəl Şuşaya gəlməyimi xatırladım, keçmiş, həm də yeni təəssüratlarımı qeyd etdim. Biz Cıdır düzünə getdik, Xankəndiyə baxdıq, döyüş getmiş bölgələri izlədik. Şuşa səfəri olduqca xoş duyğular bəxş etdi".

 

Nəzrin Cavid

 

Tarix: 8 Aprel 2022, 19:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin