BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: "Azərbaycanda koronavirus aşkarlanarsa..."

"Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar mədəni tədbirlərin keçirilməsində heç bir məhdudiyyət yoxdur".

Pravda.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. 

Nazir sərhəd-keçid məntəqələrində gərəkli olan bütün yoxlamaların həyata keçirildiyini bildirib: "Əgər Azərbaycanda koronavirusun yayılması faktı aşkarlanarsa, sözsüz ki, mədəniyyət ocaqlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qoyula bilər. Amma mən bunun haqqında düşünmürəm, çünki hələlik buna əsas yoxdur. Düzdür, bu virus dünyada artıq geniş yayılıb, lakin ölkədə müvafiq dövlət qurumları tərəfindən müəyyən ölçülər götürülür və indiki halda kütləvi şəkildə məhdudiyyətlərdən danışmaq əsassızdır".

  

Tarix: 28 Fevral 2020, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin