BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Əliyev: “Ensiklopediyada baş verən saxtakarlıqlarla bağlı ciddi araşdırmalar aparılmalıdır”

“Azərbaycan Milli Ensiklopediyasının cildlərinin plagiat, savadsız, biabırçı, təcrübəsiz vəziyyətdə çıxmasında əsas səbəbkarlardan biri 2004–2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini olmuş Famil Mustafayevdir. Famil Mustafayev bu işin əlifbasını bilmədən prosesə qoşulmaqla xalqımıza zərbə vurmağı üzərinə götürənlərdən biri oldu”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

 

E.Əliyev qeyd edib ki, Milli Ensiklopediya hər bir xalqın intellektual sərvətidir: “Ensiklopediyada baş verən saxtakarlıqlarla bağlı ciddi araşdırmalar aparılmalıdır. Famil Mustafayevin müavin olduğu dövrdə saxtakarlıqlara yol verilməsi və buna göz yumulması onun Ali Attestasiya Komissiyası kimi böyük quruma sədr vəzifəsinə gətirilməsinə səbəb olmamalı idi. Ramiz Mehdiyevin istəklərindən biri ölkənin Bilik kitabına (Ensiklopediya) zərbə vurmaq, urvatsız hala salmaq idi. Və bunu bacardı. Mehdiyev elmə və ensiklopediyaya vurmaq istədiyi zərbəni Famil kimi adamların əli ilə etdi. Mehdiyev nəzarətində olduğu nəşriyyatı Ensiklopediyanın binasına köçürməklə binanın bir neçə mərtəbəsini zəbt edəndə heç kim dinmədi. Elmin İnkişafı Fondunu da bir başqasının savadsızlığı və acgözlüyü hesabına dağıda bildi. Ensiklopediyaya edilən xəyanətə qarşı bütün səpkidə polemikalara hazıram”.

 

Nadir

Tarix: 9 Aprel 2022, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin