Son həftələr məni ən çox düşündürən suallardan biri odur ki, nədən kifayət qədər intellektual səviyyəsi olan rusiyalılar baş verən vəhşiliyə göz yumurlar, nə səbəbə öz TV-lərindən axan üfunətdən boğulmurlar, niyə Kremlin rəsmi təbliğat maşını bu qədər effektiv çalışır?!
Bu fenomeni tək beyinlərin yuyulması, tək zobiləşmə, tək imperialist düşüncə ilə izah etmək yetərli deyil – təbii ki, bu komponentlərin hamısı var. Amma, düşünürəm ki, ən böyük səbəblərdən biri həqiqətdən qorxmaq, “biz belə ola bilmərik”, fikrinə əsaslanmaqdır.
Qorbaçovun “perestroykası” təzə başlamışdı, hardasa, 1987-88-ci illər idi, məktəbdə oxuyurdum, o zamandan siyasi-ictimai məsələlərə marağım var idi. Gündəlik oxuduğum qəzetlərdən biri “Komsomolskaya Pravda” nəşri idi. O zaman demokratik ortamın yaranması dövrü idi, əsas açılan məsələlərdən, müzakirə mövzularından biri Stalinizm, diktarorun etdiyi əməllər, repressiyalar idi. Həmin illərdə qəzetlərdə Stalin vəhşiliyi haqqında səhifə-səhifə yazılar gedirdi.
Babam Allahyar kişi əsl kommunist, hətta Stalinist idi, Gürcüstanda, kəndimizdə yaşayırdı. Mən hər yay tətilimi orada keçirirdim, həmin illərdə onlarla qəzetləri il boyu toplamışdım və babama apardım. İyun ayı idi, kəndə təzə gəlmişdik, hal-əhval tutandan, dincələndən sonra qəzetləri götürüb babamın yanına gəldim, “bax ay baba, gör sənin Stalinin nələr edib xalqına”, dedim. Qəzetləri ona verdim, eynəyini götürüb eyvana qalxdı, ona çay süzdülər, bir o yadımdadır ki, saatlarla eyvanda oturub qəzetləri oxuyurdu. Bir neçə saatdan sonra eyvana qalxanda kişini ağlayan gördüm, heç vaxt ağladığını görməmişdim, illərlə rayon partiya komitəsinin katibi, kolxoz sədri, zəhmli biri olub, onun yanında söz danışmağa belə az adam cürət edirdi, amma indi həmin zəhmli kişi uşaq kimi ağlayırdı. Qorxumdan yaxınlaşmadım, kənardan izlədim, babam qəzetləri və bir bel götürüb bağımıza getdi, kiçik bir çala qazdı, qəzetləri ora qoyub yandırdı, sona qədər izlədi, sonra çalanı torpaq ilə doldurdu. Həmin an məni gördü (arxasınca gəlib ağacın arxasından baxırdım), yanına çağırdı və, “Stalin müharibəni udub, bu qədər zalımlıq edə bilməzdi, yəqin ki, yanındakılar edib, əsas da Beriya, o vaxtdan ondan gözüm su içmirdi (deyəsən Tiflisdə Partiya tərbirlərinin birində görüşmüşdülər), bütün bu zalımlıqları Stalinin xəbəri olmadan ediblər”, dedi, amma hiss etdim ki, 1911-ci ildə anadan olmuş, ömrünü Kommunist Partiyasının, Stalinin ideyalarına həsr etmiş, buna inanmış insanın içində zəlzələ olub, bütün idealları yerləbir olub. O, sadəcə, özünüqoruma instinkti ilə Stalini günahsız çıxartmağa çalışırdı ki, beynində qurduğu, ürəyində inandığı dünya çökməsin, dağılmasın.
İndi Rusiyalılar da öz ordusunun uşaq-qoca qətl etməsinə, dəmir yolu stansiyasında qatar gözləyən qocalar, qadınlar, uşaqlara raket atmasına, sadəcə inanmaq istəmirlər, onların bir çoxunda özünüqoruma instinkti işə düşüb – çünki, bu xəyal dünyaları dağılsa, buna inansalar hərəkətə keçməli, bu absurdu dayandırmaq üçün nəsə etməlidirlər. Buna hazır deyillər, ona görə də “üç meymunu” oynayaraq özlərini qorumaq istəyirlər – məncə, davranışlarının əsas kodlarından biri məhz budur...
Natiq Cəfərli
Ekspert
24 Oktyabr 11:14
24 Oktyabr 11:07
24 Oktyabr 10:49
24 Oktyabr 10:38
24 Oktyabr 10:33
24 Oktyabr 10:29
24 Oktyabr 10:25
24 Oktyabr 10:21
24 Oktyabr 10:15
24 Oktyabr 10:10
24 Oktyabr 10:04
24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:31
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
Ən son xəbərləri səhifəmizdən də izləyin