BURADA REKLAMINIZ OLA
BİLƏR

DTX-nın həbs etdiyi həkimin yerinə təyinat - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Neftçala Mərkəzi Rayon Xəstəxanasına yeni baş həkim təyin edib.

Pravda.az-ın xəbərinə görə, TƏBİB rəhbərliyinin müvafiq əmri ilə pediatr Ramiz Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi təyin olunub.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidovu da saxlayıb.Unikal.org

Fotoları təqdim edirik
Tarix: 28 Fevral 2020, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin