BURADA REKLAMINIZ OLA
BİLƏR

AZƏRTAC yeni binaya köçür

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC-ın 100 yaşı tamam olur.

 

Azərbaycan Dövlət İnformasiya Agentliyindən (AZƏRTAC) Pravda.az-a verilən xəbərə görə, Azərbaycanın ilk xəbər agentliyi yubileyini yaxın aylarda yeni ofisində qeyd edəcək.

 

Məlumatda qeyd edilib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsi olaraq AZƏRTAC üçün müasir memarlıq üslubunda inşa edilən binanın tikintisi başa çatıb. Yeni binada ən müasir informasiya-kommunikasiya texnologiyaları quraşdırılacaq, dünya standartlarına uyğun iş şəraiti yaradılacaq.

 

Azərbaycanın ilk milli informasiya yayımçısı olan AZƏRTAC 1920-ci il martın 1-də fəaliyyətə başlayıb. AZƏRTAC-ın inkişafı və dövlət informasiya agentliyi kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Agentlik hazırda 8 dildə fasiləsiz informasiya yayır, mötəbər xəbər qaynağı kimi qəbul olunur. Xarici ölkələrdə və bölgələrdə geniş müxbir şəbəkəsinə malikdir.

Tarix: 28 Fevral 2020, 14:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin