BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda mənzillərə koronavirusla əlaqədar naməlum şəxslər daxil olur? - AÇIQLAMA

"Koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb". 

Bu barədə Pravda.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 

O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb.

E.Hacıyev deyib ki, bu və ya digər formada paytaxtın polis orqanlarına şəhər sakinləri tərəfindən hər hansı müraciət daxil olmayıb.

Tarix: 28 Fevral 2020, 15:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin