BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis Şöbəsində baş verən intiharla bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı açıqlama yayıb.

 

Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 11 Aprel 2022, 17:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin