BURADA REKLAMINIZ OLA
BİLƏR

İstirahət günləri hava yağmurlu keçəcək

İstirahət günlərinin hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 24-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Kiçik Qafqazda gecə 3-8 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara zonasında hava şəraitinin yağışlı keçəcəyi gözlənilir. Lakin noyabrın 24-də hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti təşkil edəcək.

Tarix: 22 Noyabr 2019, 19:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin