BURADA REKLAMINIZ OLA
BİLƏR

“Körpə uşaq oruc tutdurulur, namaz qıldırılır, hicaba bürünüdülür, müdaxilə edilmir...”

“Bir problem olanda, hamımız məktəblərin üzərinə düşür, təlim-tərbiyənin düzgün qurulmadığını deyirik. Amma di gəl ki, uşağın saç düzümü, saqqalı, geyimi ilə bağlı müdaxilə edə bilmirsən, çünki buna insan azadlığı, sərbəstliyi olaraq ailələr etiraz edir. Sonra da tələbkarlıq tələb edirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Şəmil Sadiq bildirib.

 

Onun sözlərinə görə, uşaq, lap körpə uşaq oruc tutdurulur, namaz qıldırılır, hicaba bürünüdülür, müdaxilə edilmir və insan azadlığı, dini azadlıq deyə hay-küy qopur: “İnkulizivlik mövzusunda əziyyət çəkilir, amma valideynlər uşaq xəstədir, başqa məktəbə getsin, mənimkindən uzaq olsun deyir, mənə nə var. Uşağa elm öyrədirsən, deyirsən ki, imtahanlarda uğurlu nəticə əldə etməyin yolu, yaxşı oxumaqdır, evdə ailə və ya qohumlar ona İmtahan duası əzbərlətdirib göndərir. Bulinqə məruz qalan uşağın adından qarşı tərəfin valideynləri ilə görüşüb, izah edirsən, başa salırsan, sonda deyirlər, tərəfkeşlik edirsiniz. Məhz buna görə deyirəm ki, təhsilimizin problemi, cəmiyyətimizin problemidir. Məhz bu sadaladığım məsələlərlə böyüməyən insan, bir çox dəyərlərdən uzaq düşür: Empatya, paylaşmaq, sevgi, hörmət, tolerantlıq, humanizm və sairə...”

 

Nadir

Tarix: 12 Aprel 2022, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin