BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə azad olunur

Ukraynada Azərbaycanın Neftçala rayonundan olan tələbə Hüseyn Abdullayev girovluqdan azad edilir.

 

Pravda.az xəbər verir ki, bu barədə onun atası Amil Abdullayev məlumat verib.

 

Onun sözlərinə görə, oğlu Hüseyn girov saxlandığı yerdən 130 km kənarda yerləşən Zaporojya şəhərində, Azərbaycan diaspor nümayəndələrinə təhvil verilməsi ilə bağlı razılıq əldə edilib.

 

Qeyd edək ki, H. Abdullayev ötən ay sığınacaqdan çıxaraq Mariupol şəhərini tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə girov götürülmüşdü.

 

Report

Tarix: 12 Aprel 2022, 15:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin