BURADA REKLAMINIZ OLA
BİLƏR

Karantin normalarını pozan hər bir şəxsə qarşı tədbir görüləcək - RƏSMİ

İran Islam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar.

 

Bu barədə Pravda.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Məlumatda qeyd edilir ki, koronavirusun yayılması təhlükəsinə  qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq  mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı  göstəriş verib: "Karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə  mane olan hər bir şəxsə  qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək. Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər".

 

Tarix: 28 Fevral 2020, 19:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin