BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyə üzvlüyünə namizədlərin nəzərinə: Sənədləri təqdim edin

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu gündən namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsinə başlanır.

 

Pravda.az-ın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini DSK-ya təqdim etməlidir.

 

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək olan dövrü əhatə edir.

Tarix: 3 Noyabr 2019, 19:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin