BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalq artisti Vaşinqtonda konsert verəcək: Qazanılan pula itlər alınacaq

Xalq artisti, xanəndə Nəzakət Teymurova Vaşinqtonda xeyriyyə konserti verəcək.

 

Pravda.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya xanəndənin özü məlumat verib.

 

Nəzakət Teymurovanın sözlərinə görə, sözügedən konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək:

 

“Konsert layihəsi mayın 3-də baş tutacaq. Konsertdən əldə olunan vəsait işğaldan azad olunan ərazilərdə minaların təmizlənməsi prosesində iştirak edəcək əlavə itlərin alınmasına sərf olunacaq. Konsertdə digər sənət adamları da iştirak edəcək”.

 

Qeyd edək ki, konsertin dirijoru Fuad İbrahimovdur. Gecəni Bakı Kamera Orkestri və “Xarıbülbül” muğam qrupu idarə edəcək.

Tarix: 13 Aprel 2022, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin