BURADA REKLAMINIZ OLA
BİLƏR

Barda partlayışda yaralanan qız boşanıb: "Ailəmi dağıtdılar"

“Location" klubda baş verən partlayışda yaralanan model Merlin (Təranə Rzayeva) şəxsi həyatından danışıb.

 

Pravda.az-ın xəbərinə görə, Merlin bildirib ki, həyatda başına gələn bir çox şeylərin günahkarı keçmiş həyat yoldaşıdır:

 

“Mənə yazırlar ki, belələridir ailə dağıdanlar. Amma ailəmi dağıdıblar. Ailə quranda yoldaşımın da yaşı az idi, mənim də. O mənə və qızına sahib çıxsaydı, incitməsəydi, bu şeylər olmazdı.

 

Ayrılığa səbəb, onun saysız xəyanətləri oldu. Buna görə də əziyyəti çəkən mən olurdum. Hədsiz qısqanc idi. Məni telefon işlətməyə icazə vermirdi. Valideynlərimin bizə gəlməsinə icazə vermirdi. Məni döyürdü, şiddət göstərirdi.

 

Yaxşı cəhətləri də var idi, amma pis daha çox idi. Məndən boşanandan sonra ikinci dəfə ailə qurdu. Partlayışdan sonra özü yox, onun həyat yoldaşı mənə zəng etdi, halımı soruşdu. Yəni daha çox o insanlıq etdi”.

 

Lent.az

Tarix: 13 Aprel 2022, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin