Reklam

Elman Məmmədov: “Paşinyan itkilərin olmaması üçün onlara təqdim edilən təkliflərdən düzgün nəticə çıxarmalıdır”

“Ermənistan gec də olsa səhvini başa düşüb ki, əgər müharibədən əvvəlki danışıqlar prosesində Azərbaycan torpaqlarını tərk etsəydilər, bu qədər itkiyə məruz qalmazdılar. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün parlamentdə çıxışı zamanı bildirib ki, “7 rayonu əvvəlcədən Azərbaycana təhvil versəydim, minlərlə insanın həyatını xilas etmiş olardım”. Lakin Ermənistan bunu etmədi və Azərbaycan hərbi yola əl atmağa məcbur oldu. Nəticədə, Ermənistan külli miqdarda maddi itkiyə və insan tələfatına məruz qaldı”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat qeyd edib ki, Paşinyan bunu dərk edir və etiraf edirsə, gələcək barədə dəqiq qərar verməlidir: “Ermənistan Azərbaycanın sülh təklifini qəbul etməli və axmaq şərtlər irəli sürmədən, ləngimədən sülh müqaviləsini imzalamalıdır. Belə olan halda, Ermənistan özünü gələcək itkilərdən sığortalaya bilər. Əks halda, Azərbaycan öz ərazisində mövcud olan erməni silahlı birləşmələrini təmizləmək üçün hərbi gücündən istifadə etməyə məcbur olacaq. Bu, Ermənistanı yenidən itkilərlə üz-üzə qoya bilər. Paşinyan bundan sonrakı vaxtlarda itkilərin olmaması üçün onlara təqdim edilən təkliflərdən düzgün nəticə çıxarmalıdır”.

 

Nəzrin Cavid

Tarix: 14 Aprel 2022, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin