Reklam

Binə Ticarət Mərkəzindən 295 min manatlıq oğurluq edildi

Bakı Apellellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Əziz Abbasov və Əfrail Abbasovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayətləri təmin olunmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü məhkum Əziz Abbasova münasibətdə dəyişdirilib.

 

Belə ki, Əziz Abbasov barəsində Cinayət Məcəlləsinin 67.1-ci (Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilsin və üzərində 7 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

 

İttiham aktına görə, hər iki şəxs paytaxtın Binə Ticarət Mərkəzində yerləşən 7 mağazadan 295 401 manatlıq oğurluq ediblər.

 

Hadisə 2021-ci ilin yanvar ayında qeydə alınıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Abbasov 8 il və Əfrail Abbasov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

 

Kamal Məmmədov

Tarix: 14 Aprel 2022, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin