BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaşı 18-dək olan şəxslərin NƏZƏRİNƏ

Yaşı 18-dək olan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına girişinə icazə verilmə qaydası dəyişib.

 

Pravda.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

 

Qərara əsasən, Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.

 

Bundan əvvəl 18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilirdi.

 

Eyni zamanda yaşı 18-dək olan şəxslər COVİD-19 pasportu olmadan da Azərbaycana daxil ola biləcək.

 

 

Tarix: 14 Aprel 2022, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin