Reklam

Peskovdan danışıqlarla bağlı açıqlama

Rusiya prezidenti Vladimir Putin heç vaxt Ukrayna prezidenti Volodmir Zelenski ilə görüşdən əsaslı şəkildə imtina etməyib.

 

Pravda.az “ТАSS”a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

“Görüşlə bağlı mahiyyət baxımından heç bir yenilik yoxdur. Biz əvvəl də bildirmişik ki, prezident heç vaxt belə bir görüşdən prinsipial olaraq imtina etməyib, lakin bunun üçün müvafiq şərtlər olmalıdır, yəni tərəflər arasında ilk növbədə sənəd təqdim edilməli və onun mətni hazırlanmalıdır”, - deyə Peskov bildirib.

 

O, həmçinin Moskva və Kiyev arasında danışıqların yeni raundları barədə hələlik heç bir anlaşmanın olmadığını diqqətə çatdırıb.

 

Leyla

Tarix: 14 Aprel 2022, 14:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin