BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda din xadimi olmaq istəyənlərin DİQQƏTİNƏ

"Hazırda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması prosedurunu tənzimləyəcək qaydalar üzərində iş gedir".

Pravda.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, həmin qaydalarda din xadimi olmaq üçün imtahan verilməsi nəzərdə tutulur: "İmtahanın isə müsahibə formasında keçirilməsi planlaşdırılır. Yalnız imtahandan uğurla keçmiş namizədlər din xadimi təyin oluna bilər. Həmçinin nəzədə tutulur ki, sənəd qəbulu elektron qaydada həyata keçirilsin və şəffaflığı təmin etmək üçün imtahanda video çəkiliş aparılsın. Bir sözlə, bu istiqamətdə normativ-hüquqi sənəd üzərində iş hələ davam edir".

Report

Tarix: 14 Aprel 2022, 18:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin