BURADA REKLAMINIZ OLA
BİLƏR

"Albaniya hər zaman Azərbaycanın tarixi hüquqlarını dəstəkləyir" - Edi Rama

"Bildiyiniz kimi, Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək".

Pravda.az xəbər verir ki, bunu Albaniya Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.

"Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq", - Edi Rama vurğulayıb.

Tarix: 14 Aprel 2022, 19:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin