BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" məğlub oldu

Azərbaycan Premyer Liqasında XII tura start verilib.

 

Pravda.az-ın məlumatına görə, turun ilk günündə bir oyun keçirilib.

 

Milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk qarşılaşma Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası son çempion “Qarabağ”ı qəbul edib.

 

Premyer Liqanın lideri olan Ağdam klubu ilk yarının sonlarında hesabı açıb. Xayme Romeronun zərbəsindən sonra top sumqayıtlı müdafiəçiyə toxunaraq istiqamətini dəyişdiyi üçün qapıçı aciz qalıb – 0:1.

 

“Sumqayıt” fasilədən sonra fəallığı artırıb. Bu, hissənin ortalarında bəhrəsini verib. Peyman Babayi qısa zaman kəsiyində vurduğu iki topla komandasını hesabda önə çıxarıb – 2:1. “Qarabağ” 69-cu dəqiqədə daha bir zərbə alıb. İsmayıl İbrahimli qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

 

Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələri məğlubiyyətdən qaçmağa səy göstəriblər. Lakin “Qarabağ” bunu bacarmayıb və mövsümdə ilk məğlubiyyətini alıb.

 

 

 

 

Tarix: 22 Noyabr 2019, 21:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin