BURADA REKLAMINIZ OLA
BİLƏR

Elnur Süleymanov İngiltərədə qəsr alıb - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri Elnur Süleymanov İngiltərədə mülk alıb.

 

Pravda.az-ın məlumatına görə, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

 

2016-2020-ci illərdə nazirlikdə şöbə müdiri işləmiş E.Süleymanov İngiltərədə 350 illik tarixi olan binanı (hotel) 1,4 milyon funt sterlinq (3 milyon manatdan artıq) vəsait ödəyərək alıb. Hotel onun həyat yoldaşının adına rəsmiləşdirilib.

 

Sabiq şöbə müdirinin Çexiyanın məşhur Karlovi Varı kurort şəhərində də daşınmaz əmlak şirkəti var.

 


Fotoları təqdim edirik
Tarix: 15 Aprel 2022, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin