BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa Azərbaycan və Ermənistan parlamentləri arasında komissiyanın yaradılmasını təklif etdi

Deputat Fazil Mustafa Azərbaycan və Ermənistan parlamentləri arasında komissiyanın yaradılmasını təklif edib.

 

Pravda.az-ın xəbərinə görə, F.Mustafa bu təkliflə Milli Məclisin plenar iclasında çıxış edib.

 

“Ermənistan cəmiyyətinə təşəbbüsləri biz verməliyik. Biz Ermənistan cəmiyyəti ilə çalışmalıyıq. Ermənistan rəhbərliyi tərəfindən atılan etiraf addımları bizi buna vadar edir”, - o vurğulayıb.

 

Onun sözlərinə görə, artıq Ermənistan tərəfindən Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyi etiraf edilir: “Paşinyan özü də etiraf edir ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasa, Ermənistan inkişaf edə bilməz. Artıq bunu özləri etiraf edirlər və biz də bundan istifadə etməliyik. Erməni parlamenti ilə işimizi gücləndirməliyik. Parlamentdə bu istiqamətdə komissiyanın yaradılmasına ehtiyac var. Yeni təşəbbüsü biz irəli sürtməliyik”.

Tarix: 15 Aprel 2022, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin