BURADA REKLAMINIZ OLA
BİLƏR

Əliməmməd Nuriyev Bəxtiyar Hacıyevə görə Vilayət Eyvazovla görüşdü

“İctimai fəal Bəxtiyar Hacıyevin İctimai Şuraya müraciətləri, bu müraciətlərdə qaldırdığı məsələlər, hüquqlarının pozulması ilə bağlı Şuranın iclasında dediklərini diqqətə çatdırdım”.

 

Pravda.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev deyib.

 

Ə.Nuriyev qeyd edib ki, aprelin 13-də daxili işlər naziri Vilayət Eyvazovla görüşüb.

 

O bildirib ki, nazir DİN tərəfindən B.Hacıyevin bütün müraciətlərinə cavab verildiyini deyib: “Nazir onun narazı qaldığı məsələlər barədə təkrar müraciət etmək, digər orqanlara şikayət etmək hüququnun olduğunu bildirdi. Qeyd etdi ki, DİN Bəxtiyar Hacıyevin müraciətləri əsasında müvafiq araşdırmalar aparıb və nəticəsi barədə onu məlumatlandırıb”.  

 

Tarix: 15 Aprel 2022, 15:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin