BURADA REKLAMINIZ OLA
BİLƏR

"Deyirlər, simicsən, pul verib yemək almırsan" - Xalq artisti

"Əvvəl çəkim hədsiz az olub. 48, 46 kiloqram olurdum.  İnsanın yaşa dolduqdan sonra kökəlməsi yaxşıdır. Hamı deyir ətə-qana gəlmisən, yaxşı olmusan. Deyirlər, pulunu hara xərcləyirsən, yemək yemirsən, simicsən. Guya pulu yığıram, yemək yemirəm. Səhnə incəlik sevir. Allah hərəni bir cür yaradıb, bizim quruluşumuz budur. Biz pəhriz saxlamırıq".

 

Bu sözləri Xalq artisti Gülyaz Məmmədova "Səhər mərkəzi" proqramında deyib. Müğənni arıq olduğu üçün çoxlarının ona simic dediyini söyləyib.

 

Bacısı, Xalq artisti Gülyanaq Məmmədova "Gülyazın bütün qazancı geyimlərə, studiyada mahnı yazdırmağa və tələbələrinə gedir"  deyə, əlavə edib.

 

Axsam.az

Tarix: 15 Aprel 2022, 15:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin