BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Kərimli: “Rusiya hərbçiləri döyüşməkdən imtina edir”

“Rusiya hərbçiləri döyüşməkdən imtina edir. Rusiyanın hazırda bəlkə "Moskva" kreyserinin batmağından da böyük dərdi var: Rusiya ordusu vuruşmaq istəmir. Hərbçilər kütləvi şəkildə müqavilədən imtina edərək, Ukraynaya qarşı işğalçılıq müharibəsindən imtina edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.

 

Ə.Kərimli qeyd edib ki, Rusiyanın, hətta adlı-sanlı 76-cı Pskov desant diviziyasının hərbçiləri belə Ukraynaya savaşa getməkdən kütləvi şəkildə imtina edirlər: “Ukraynaya qarşı savaşdan imtina Rosqvardiyada daha geniş yayılıb. Rusiyanın artıq 17 şəhərində Rosqvardiyanın hərbi hissələri savaşa getməkdən kütləvi imtina edib. Rusiya rəsmən müharibə elan etmədiyi üçün savaşdan imtina edən hərbçilərini fərarilikdə ittiham edə bilmir. Ona görə də savaşa getməkdən imtina edən Rosqvardiyaçıları kütləvi şəkildə işdən çıxarırlar. Rusiyanın cəsarətli vəkilləri hazırda ölkənin hər yerində savaşdan imtina etdiyi üçün işdən çıxarılan Rosqvardiyaçıların hüquqlarını məhkəmələrdə qorumağa çalışırlar. Ukrayna ilə savaşda ölü və yaralı olaraq 10 minlərlə peşəkar (müqavilə ilə xidmət edən) hərbçisini itirən Rusiya onsuz da ciddi şəkildə hərbçi çatışmazlığı problemilə üzləşmişdi. Belə bir vaxtda əlavə olaraq minlərlə (say gizlədilir, dəqiq bilinmir, bəlkə də 10 minlərdən söhbət gedir) peşəkar hərbçinin savaşdan imtinası Putin rejimini daha da çətin vəziyyətə salıb. Rusiya hakimiyyəti müqavilə ilə hərbi xidmətə razılaşan hərbçilər üçün aylıq maaşı 200 min rubla (təqribən 2500 dollar) qaldırsa da, rusiyalı gənclərin çox az qismi hərbi xidmətə razılaşır. Hərbçi çatışmazlığı yaşanan belə bir vaxtda Rusiya rəhbərliyi Ukrayna ilə savaşı davam etdirmək və hansısa hərbi "uğur" qazana bilmək üçün ümumi hərbi səfərbərlik elan etməyi ciddi şəkildə müzakirə edir. Lakin ümumi hərbi səfərbərlik elan edilməsi də Rusiya üçün çıxış yolu deyil. Tam əksinə, ümumi səfərbərlik elan edilməsi çox ciddi problemlər yaradar. Hətta Rusiyadakı rejimin çöküşünü daha da tezləşdirər”.

Tarix: 15 Aprel 2022, 21:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin