BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlu: “Bu il Dövlət Neft Fondu üçün ağır olacaq”

“ARDNF 2019-cu ilin yekunlarını açıqlayıb. Ötən il Fond üçün uğurlu olub”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

 

Q.İbadoğlu bunu şərtləndirən məqamlara diqqət çəkib: “Birinci, Ötən il ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 625,9 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 19,1 faizini təşkil edib, investisiya portfelinin ümumi illik gəlirliliyi isə 5,3 faiz olub. Halbuki 2018-ci ildə sonuncu göstərici 0,35 faiz faizə qədər aşağı düşmüşdü.

İkinci, 2020-ci il yanvarın 1-nə ARDNF-nin aktivləri 2019-cu ilin əvvəlinə nisbətən 12,48 faiz artaraq 43 323,3 milyon ABŞ dollarına bərabər olub. Belə ki, 2019-cu ilin əvvəlinə aktivlər 38 515,2 milyon ABŞ dolları təşkil edirdi.

2019-cu il ərzində ARDNF-nin büdcə gəlirləri 19 030,6 milyon manat, büdcə xərcləri isə 11 588,6 milyon manat təşkil edib. Ötən il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 404,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 14 614,7 milyon manat olub. Bunu şərtləndirən başlıca amil ötən il üçün ARDNF-nin büdcəsində xam neftin orta illik ixrac qiymətinin 60 ABŞ dollar nəzərdə tutulduğu halda dünya bazarlarında neftin ortaçəkili satış qiymətinin 64 dollar təşkil etməsidir".

 

Ekspert qeyd edib ki, bu ilə gəlincə, başlanğıcdan görünür ki, cari il Dövlət Neft Fondu üçün ağır olacaq: "Xüsusilə də son günlər səhm və valyuta, xammal bazarlarında volatiliyin (qiymət dəyişlənliyini) artması Fondun əvvəlcədən proqnozlaşdırılmış birbaşa (neft-qaz satışından daxilolmalara) və dolayı (aktivlərin idarəedilməsindən əldə edilən vəsaitlərə) gəlirlərinin təminatına azaldıcı təsir göstərəcək. ARDNF bu il üçün gözlənilən neqativ təsirləri neytrallaşdırmaq üçün vəsaitlərin valyutalar üzrə bölgüsündə avronun xüsusi çəkisinin azaldılmasını və ABŞ daşınmaz əmlak bazarına qoyulmasını nəzərdə tutur. Hesab edirəm ki, bunlar hazırda baş verənlərin müqabilində yetərli sayıla bilməz. Odur ki, cari ilin ortalarında ARDNF-nin 2020-ci il üçün büdcəsinə yenidən baxılması labüd olacaq”.

Tarix: 29 Fevral 2020, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin