BURADA REKLAMINIZ OLA
BİLƏR

Elxan Məmmədov: "Bu, gülməli iddiadır”

“Tənqidlər, hətta təhqirlər də var. Bunu kimlər yaradır? Dırnağarası jurnalistlər, dırnağarası peşəkarlar, futbolun yanında olan bəzi insanlar".

 

Pravda.az xəbər verir ki, bunu haqqında olann tənqidlərə cavab olaraq AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan radiosu və “İdman” kanalının müştərək yayımı olan “Extra time” proqramında qonaq olarkən deyib.

 

E. Məmmədov bildirib ki, ola bilsin o, AFFA rəhbərliyi, bəzi əməkdaşları kimlərinə qane etmir: "Çünki bizim fəaliyyətimiz onlara çirkin işlərini həyata keçirməyə mane olur. Mənim gedişimlə millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa, gedərəm. Bu, gülməli iddiadır”.

 

AFFA-dan narazılıqlara da aydınlıq gətirən E. Məmmədov deyib ki, bir qrup insanlardan - adi azarkeşlərdən narazılıq gəlir: "Əvvəlki illərdə mən də sıravi azarkeş kimi nəticə tələb edirdim. Lakin düzgün tənqid edən, düzgün yazan peşəkar jurnalistlər var. Peşəkar veteranların, keçmiş futbolçuların da narazılıqlarını anlayırıq, sağlam tənqidi qəbul edirik”.

 

 

 

Tarix: 22 Noyabr 2019, 21:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin