BURADA REKLAMINIZ OLA
BİLƏR

Turan İbrahimov: ““Park Bulvarda” baş verənlərdə qeyri-adi nəsə yoxdur”

““Park Bulvarda” baş verənlərdə qeyri-adi nəsə yoxdur. Yeniyetmə emosioanal təcrübəsizliyinə populyar mədəniyyətin təsirinin təzahürüdür. O uşaqların emosiyaları sabun köpüyü kimi bir şeydir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu telejurnalist Turan İbrahimov bildirib.

 

T.İbrahimov qeyd edib ki, bu, 3-5 ilə keçib gedəcək: “Vaxtı ilə “Beatles”, Elvis Prestliy, Andrey Qubin, Burak Kut, Küçük Əmrah, Hüseyin Dərya, Elşad Xose, Namiq Qaraçuxurlu və başqaları o emosiyaları yaradırdısa, indilərdə dövran vayner-blogerlərindir. Onların manipulyativ hərəkətləri hələ ki, yeniyetmələrə impuls verir. Çox da narahat olmayın, böyüyəcəklər, keçəcək. O uşaqların içindən dahilər də çıxacaq, böyük-böyük adamlar da.”

 

Nadir

Tarix: 17 Aprel 2022, 20:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin