BURADA REKLAMINIZ OLA
BİLƏR

Yüksək vəzifələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 may 2022-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Mərkəzdən Pravda.az-a verilən məlumata görə, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2022-ci il 13 may saat 11:00-dək aparılacaq.

İmtahan kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28-də, keçmiş Bakı Asiya Universitetinin binasında keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır.

Qeyd edilib ki, qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədikləri məbləğ geri qaytarılmır.

Tarix: 18 Aprel 2022, 16:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin