BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN: Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb

Masallı rayonunda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb.

Pravda.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Sözügedən məsələ ilə bağlı fevral ayının 5-də azyaşlı qızın anası, rayonun Ərəb kəndinin sakini Ə.D. (ad, soy adı şərti) Masallı Rayon Polis Şöbəsinə müraciət edib. Dərhal müvafiq araşdırmalara başlanılıb. Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib. Bundan başqa, qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüb.

Tarix: 18 Aprel 2022, 17:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin