BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafael Dadaşovun qızı: "Diriykən atamı o tərəfə göndərməyin"

Müğənni qızı Səidə Dadaşova Xalq artisti Rafael Dadaşovun səhhətindən danışıb.

 

Pravda.az-ın xəbərinə görə, ifaçı "Şən bazar" proqramında atasının müalicələrinin davam etdiyini bildirib:

 

"Şükür, yaxşıdır. Atam salamatdır, müalicəsini alır. Bəzi artıq-əksik danışanlara demək istəyirəm ki, atamı diriykən o tərəflik etməsinlər. Pozitiv olmaq laızmdır. Əhval-ruhiyyəsi yerində olmayanda, gəlib mənfi enerjini ona ötürmək olmaz.

 

Atam mənə dedi ki, gülərüz ol. Hansı verilişə baxıram Səidə ağlayır".Axşam.az

Tarix: 29 Fevral 2020, 16:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin