BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşad Əliyev vəzifəsindən azad edildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidentinin müşaviri Rəşad Əliyev vəzifəsindən ayrılıb.

 

SOCAR-ın Birinci vitse-prezidenti və şirkətin prezidenti vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf əmr imzalayıb.

 

Qeyd edək ki, Rəşad Əliyev SOCAR-a təyinat almazdan əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. O, 2019-cu ilədək isə SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi olub. R.Əliyev daha sonra SOCAR-ın prezidentinin müşaviri təyin olunub.

 

Unikal.org

Tarix: 18 Aprel 2022, 18:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin