BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Toivo Klaarla görüşdü

19 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub.

XİN-dən Pravda.az-a verilən xəbərə görə, tərəflər Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 6 aprel tarixli Brüssel görüşünün davamı olaraq, bölgədə mövcud olan cari vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən Brüssel görüşündə əldə edilən razılıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

XİN: Azərbaycan minalardan əziyyət çəkən ölkə olsa da, az yardım alır

Polad Bülbüloğlu "Rossiya 1” kanalının rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığını çatdırıb

Ceyhun Bayramov Gürcüstanın ABŞ-dakı yeni səfiri ilə telefonla danışıb

Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün normallaşma istiqamətində irəliləmə, o cümlədən delimitasiya prosesinin başlanması, sülh sazişinin hazırlanması, humanitar addımların davam etdirilməsi və bütün kommunikasiya xətlərinin açılmasının vacibliyi vurğulanıb.

Tarix: 19 Aprel 2022, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin