BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya və Ermənistan nasizmə qarşı birgə mübarizə aparacaq

Rusiya və Ermənistan nasizmə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəlib.

Pravda.xəbərinə görə, bu barədə Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatda bildirilib.

"Tərəflər ümumi keçmişə vahid yanaşmaları qoruyub saxlamaqla, İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasına və tarixin saxtalaşdırılmasına qarşı mübarizəni davam etdirmək niyyətində olduqlarını bildirdilər. İrqçilik, ksenofobiya, neonasizmin istənilən təzahürlərinə, o cümlədən milli, dil və ya dinə görə ayrı-seçkiliyə, o cümlədən Rusiyada və Ermənistanda yaşayan vətəndaşların və həmvətənlərin hüquq və qanuni maraqlarına toxunan ayrı-seçkiliyə qarşı mübarizəni gücləndirməyə razılaşdıq".-deyə bəyənatda qeyd olunub.

APA

Tarix: 19 Aprel 2022, 23:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin