BURADA REKLAMINIZ OLA
BİLƏR

Tərtərin hərbi prokuroru işdən çıxarıldı

Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
 

Əmrə əsasən, Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.
 

Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək, Tərtər rayon hərbi prokuroru təyin olunub.

Tarix: 20 Aprel 2022, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin