BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda koronavirusa görə əleyhqaz geyinirlər - FOTO

Ötən ilin dekabrında Çində peyda olmuş və dünyanın əksər ölkələrində, o cümlədən fevralın 28-dən Azərbaycanda da qeydə alınan ölümcül koronavirusdan qorunmaq üçün tibbi maskalara tələbat kəskin artıb. Paytaxtdakı apteklərdə tibbi maska tükənib, olanlar isə qiyməti 10 dəfəyədək artırıb.

 

Pravda.az xəbər verir ki, Bakıda tibbi maskanın tapılmadığı bir vaxtda koronavirusdan qorunmağın başqa yollarını tapıblar. Artıq şəhərdə əlehqazla gəzənlər var. Xüsusilə şəhərin mərkəzi küçələrində əlehqaz geyinənlərə rast gəlinir. Əleyhqazlar apteklərdə deyil, daha çox tibbi marketlərdə, habelə internetdəki elan saytlarında satılır. Dünəndən isə elan saytlarında əleyhqazın da qiymətində artım müşahidə edilir. Elan saytlarında son bi həftəyə qədər 8-10 manata təklif edilən əlehqazlar bu gündən 15 manatdan satılır. Virtualaz.org

Fotoları təqdim edirik
Tarix: 29 Fevral 2020, 23:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin