BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Şahmar İbadovun yeri qazamatdır”

““Daha bir məmur övladı insan həyatına son qoydu. Harınlamaqlarından bir gün belə geri qalmırlar!” bu başlıqda yazını 2017-ci ilin avqust ayının 28-i yazmışdım. Söhbət həmin dövrdə Bakı şəhəri, Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışan Şahmar İbadovun oğlundan gedirdi. Vəzifəsi hesabına oliqarx həyatı yaşamış Nərimanov rayon icra başçısının birinci müavininin 20 yaşlı oğlu 250 000 manat dəyəri olan avtomobili ilə insan həyatına son qoymuşdu… Qısası atası bu xalqı talayır, oğlu da bu milləti fiziki öldürməklə məşğul idi! Sadəcə, maraqlıdır, axı niyə həmin vaxt sual olunmurdu ki, Şahmar İbadov sənin 20 yaşlı oğlun hansı pullar hesabına dəyəri 250.000 manat olan avtomobil idarə edir?!”

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

Partiya sədri qeyd edib ki, hazırda bu adamın “Rabitəbank”a küllü miqdarda borcu üzə çıxıb: “Məlum olub ki, dövlət büdcəsini talamaqla doymayan bu şəxs xalqın banklara yatırdığı pulları da talan edib. Hazırda da məhkəmə qarşısındadır. 2017-ci ildə də demişdim, indi də deyirəm: Şahmar İbadov kimi məmurların yeri məmur elitasının yanı yox, qazamatdır! Siyasi hakimiyyətin yüksək pilləsində əyləşmiş Ramiz Mehdiyev kimi şəxslər, görəsən, bu məmurları vəzifəyə gətirib, qanunsuz əməllərinə göz yumaraq, himayə edərək nə məqsədlər güdürdülər?! Bir qədər də harınlamalarınımı?! Hesab edirəm ki, qeyd-şərtsiz olaraq bu işə vətəndaş nəzarəti təmin edilməli, Şahmar İbadov kimi vəzifə səlahiyyətlərindən sui-istifadə ilə oliqarxa çevrilmiş, xalqın malını, pulunu talamış hər bir şəxsin yeri həbsxana olmalıdır. Əks halda bu cəzasızlıq mühiti ölkədə ədalətə böyük kölgə salmış olacaq…”

Tarix: 22 Aprel 2022, 00:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin