BURADA REKLAMINIZ OLA
BİLƏR

"İmamların adlarını çəkəndə neçə dəfə təkrar etdiyimizi bilmək üçün barmaqlarımızla sayırıq"

İlahiyyatçı Elşad Miri Azərbaycanda Qədr gecəsində çəkilmiş görüntüləri tənqid edib.

 

E.Miri bu barədə sosial şəbəkədə paylaşım edib.

 

“Maşallah, nə gözəl görüntülərdir. Adamın ürəyi açılır.

 

İmamların adını dəfələrlə çəkirik, o əsnada da Quran kitabları başımızın üstündə... Hətta imamların adlarını çəkəndə neçə dəfə təkrar etdiyimizi bilmək üçün barmaqlarımızla sayırıq.

 

Əsas Quran kitablarını və bəzi kiçik surələri başımızın üstünə qaldırıb qoymaqdır. Orada nə yazıldığından, Allahın bizdən nə tələb etdiyini bilməsək də olar.

 

Əsas odur ki, onun üçün gecəni yatmırıq. İldə 2-3 dəfə bunu təkrar eləyirik, dualarımız da işıq sürətindən də daha tez qəbul olunur. Nə olsun ki, başımıza qoyduğumuz Quranda Allahın bizə şah damarımızdan da yaxın olduğu yazılıb.

 

Əsas həmin gecələri dini məzmunlu qəhrəmanlıq hekayələrinə qulaq asıb göz yaşı axıdırıq. Nə olsun ki, Quranın 1/3-də qissələrdən, peyğəmbər hekayələrindən bəhs edilib.

 

P.S. Düşünmədən yaşamaq, anlamadan əməl etmək xoşbəxtlikdir. Həyatın çətinliyi həyatı anlayanda başlayır. Ona görə də növbəti "əhya gecələri"nə...”

 

Tarix: 22 Aprel 2022, 00:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin