BURADA REKLAMINIZ OLA
BİLƏR

"Demək olar ki, Ermənistan Ordusu yoxdur" - Prezident

“İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idilər. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdi”.

 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.

 

“Amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı”, - dövlət başçısı bildirib.

 

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir.

 

“O başqa məsələdir ki, kasıb ölkə bu pulu haradan əldə edib. Ancaq demək olar ki, Ermənistan Ordusu yoxdur”, - Prezident İlham Əliyev vurğulayıb.

Tarix: 22 Aprel 2022, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin