BURADA REKLAMINIZ OLA
BİLƏR

“Danışıqları çox uzatmaq lazım deyil, Ermənistanla sülh müqaviləsi məhz bu beş prinsip əsasında imzalanacaq” - İlham Əliyev

“Biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik. Hal-hazırda xarici işlər nazirləri, iki ölkənin nazirlikləri işçi qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır”.

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

 

Prezident İlham Əliyev vurğulayıb ki, danışıqları çox uzatmaq lazım deyil: “Çünki məhz bu beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə də müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Biz bu təklifi irəli sürməklə bir daha xoş niyyətimizi, uzaqgörənlik göstəririk”.

 

 

Tarix: 22 Aprel 2022, 13:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin