BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanda yaşayan erməni BŞİH-ə məktub göndərdi - FOTO

30 illi düşmənçilik, müharibə, azərbaycanlılara qarşı nifrət və düşmənçilik təbliğatına baxmayaraq, reallıqları başa düşən, yaxşılıqları unutmayan sadə ermənilərin bir çoxu yenə də Azərbaycan və xalqına xoş münasibət bəsləyirlər. Onlardan biri Gürcüstanda yaşayan Vaqe Qambaryan Bakı Şəhər İcra Hakimiyyətinə məktub ünvanlayıb.

 

Pravda.az-ın xəbərinə görə, məktubda qeyd olunub:

 

“Şərəf hissi ilə bildirirəm ki, dəfələrlə mənə kömək edən, qiymətləndirən Azərbaycan xalqını sevirəm və hörmət edirəm. Azərbaycanlıların qonaqpərvərliyinin şahidi olmaq şərəfinə nail olmuşam və Bakı şəhərini çox sevirəm. Bakı şəhərinin çiçəklənməsi işindəki əla işlərinizə görə Sizə və Şəhər İcra Hakimiyyətinin bütün  əməkdaşlarına minnətdarlığımı bildirirəm. Şairəm, poeziya ilə məşğulam. Böyük hörmət etdiyim cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğana şeirlər həsr etmişəm. Sizə uzun ömür, Bakı şəhərinə inkişaf, Azərbaycan xalqına isə uğurlar və xoşbəxtlik arzulayıram. Gözəl Bakı şəhərinin sakinlərinə Bakı şəhəri və dahi Heydər Əliyev haqqında şeirlərimi təqdim edirəm”.

 

O, Bakını tərənnüm etdiyi şeirlərində şəhəri Xəzərin möcüzəsi, Şərqin mirvarisi adlandırır. Şəhərin infrastruktur baxımdan göz oxşamasını və son illərdəki inkişafını qeyd edərək, buradakı məscidləri, bulvarı, prospektləri xüsusilə vuğulayır. Şair Bakının Qafqazın cənnəti, sülhün paytaxtı olduğunu bildirir. Qeyd edir ki, Bakının insanları da xeyirxahlığı ilə seçilir və şəhər Parisdən İzmirə qədər hər kəsə tanışdır.

 

Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi şeirlərə gəlincə, Qambaryan onu Azərbaycan ulu öndəri adlandırır. Heydər Əliyevin simasında xeyirxahlığın və müdrüklüyün təcəssümünü gördüyünü qeyd edən şair, ulu öndəri həyatı alnıaçıq şəkildə yaşadığını və cənnətdə olduğunu qeyd edib. Azərbaycanın bu gün də çiçəklənməsini Heydər Əliyevin adı ilə bağlayan Qambaryan vurğulayır ki, atasının işini və vəsiyyətini onun oğlu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev layiqincə davam etdirir.

Fotoları təqdim edirik
Tarix: 22 Aprel 2022, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin